XƏBƏR
21:50

  Sevil Əliyevadan Azərbaycan xalqına Novruz TƏBRİKİ

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva xalqımızı Novruz bayramı münasibətilə təbrik edib. Agyol.az xəbər verir ki, Sevil xanım təbrikində bildirib:

"Əziz bacılar və qardaşlar! 
Uca Tanrı bizi həmişə gələcəyə ümidlə baxan, nikbin xalq kimi yaradıb. Bizi yaşadan və xoşbəxt edən də elə bu gözəl hissdir. Novruz bayramımız da məhz bu hissin təcəssümüdür. Sizi Xalqımızın ən qədim, ən sevimli, təbiətin oyanışının rəmzi olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömr, möhkəm can sağlığı, ailə səadəti arzulayıram. Ulularımızdan bizə yadigar qalan Novruz tonqalları həyatınızı işıqlandırsın, süfrələriniz ruzi-bərəkət, ömrünüz isə Yaz sevinci ilə bol olsun.
Hörmətlə, Sizin Sevil Əliyeva!".


 


  Yayım tarixi :19 Mart 2018   21:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .