Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin
nəqliyyat, telekommunikasiya, o cümlədən
telefon, internet, mobil rabitə,
radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və
dayanıqlı şəkildə təmin edilməsinə dair
tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya
operatorlarına müvafiq tapşırıqlar verib.
Agyol.az-ın məlumatına görə, bayram ərəfəsində və bayram günlərində sabit telefonların
fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və
digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan
müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə
tutulur.
“Bayram günlərində məsul növbətçilik təşkil edilməklə
nəqliyyat və rabitə xidmətlərinin
fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin
operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik
üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması,
rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər
görüləcək. Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni
zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş
rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi
sayda əlavə avtobus xəttə buraxılacaq”, - deyə məlumatda qeyd olunur.
Vətəndaşlardan
rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar
Xətt"lə əlaqə saxlamaları xahiş olunur.