XƏBƏR
16:00

  Zakir Həsənov hospitalda müalicə olunan əsgərlərə baş çəkib

Gündəm

Xəbər lenti

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.


Agyol.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Hospitalın kollektivi ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.


 


  Yayım tarixi :19 Mart 2018   16:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .