“Təbliğat-təşviqat
dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək”.
Agyol.az-ın məlumatına görə, bunu YAP icra katibinin
müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında www.ilhamaliyev2018.az saytının
təqdimatı zamanı bildirib. O deyib ki, YAP qanunvericiliyə əsasən
əhaliyə təbliğat xarakterli materiallar paylayacaq: “Bundan başqa, sosial
şəbəkələrdə təbliğat-təşviqatla bağlı kampaniyalara start verəcəyik. Yeni
saytda təbliğat imkanları genişdir. Buradan namizədimiz, cənab prezident İlham
Əliyevin fəaliyyəti barədə istənilən məlumatı bölüşmək olar”.