XƏBƏR
14:44

  İlham Əliyev Vladimir Putinə zəng edib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.

 

Agyol.az-ın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Rusiya Federasiyası Vladimir Putinin rəhbərliyi ilə müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bir daha Vladimir Putinə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

 

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Vladimir Putin öz növbəsində qeyd edib ki, qarşılıqlı inam əsasında qurulmuş və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rusiya Prezidenti əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

 

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.




  Yayım tarixi :19 Mart 2018   14:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .