XƏBƏR
12:29

  Yurdumuza bahar gəlir

Gündəm

Xəbər lenti
18 Iyul 13:30Sabahın HAVAsı
17 Iyul 15:17Sabahın HAVAsı
16 Iyul 20:57Alın yazım - 2

Sabahdan etibarən Azərbaycan ərazisinə bahar gəlir. 

Agyol.az xəbər verir ki, bu haqda AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

O bildirib ki, mart ayının 20-də, saat 20:15:30-da baharın gəlişi gözlənilir:

“Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq.

Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək”.

 




  Yayım tarixi :19 Mart 2018   12:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .