XƏBƏR
15:52

  Çavuşoğlu: "Türkiyə NATO-nun üzvü olsa da, müstəqil dövlətdir"

Gündəm

Xəbər lenti
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
19 Sentyabr 12:23Sabah Aşuradır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NATO-ya üzv olmayan ölkələrdən də silah almaq hüququnun olduğunu bildirib.

 

Agyol.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada səfərdə olan M. Çavuşoğlu bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbələri ilə görüşündə danışıb.

 

“Türkiyə NATO-nun üzvüdür, ancaq biz müstəqil dövlətik. NATO-ya üzv olan digər dövlətlər necə üzv olmayan ölkələrdən silah almaq hüququna malikdirsə, Türkiyənin də bu hüququ var”, - deyə M. Çavuşoğlu vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksinin satın alınması haqqında saziş imzalayıb. Bu isə ABŞ-ın və NATO-nun narazılığına səbəb olub.




  Yayım tarixi :13 Mart 2018   15:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .