XƏBƏR
15:35

  Hollandiyalı velosipedçi Tvan van Gendt Bakıdadır

Gündəm

Xəbər lenti
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
19 Sentyabr 12:23Sabah Aşuradır

İyunun 5-9-da Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yarışın ulduz elçisi, hollandiyalı idmançı Tvan van Gendt paytaxtımızdadır.

 

Agyol.az xəbər verir ki, səfərin məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir.

 

2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının BMX yarışlarında gümüş medal qazanan hollandiyalı velosipedçi paytaxtımızı özü üçün uğurlu şəhər hesab etdiyini deyib: “2015-ci ildə Avropa Oyunlarında qazandığım gümüş medal mənim üçün çox dəyərlidir. Əslində həmin vaxt qızıl qazanmamağım fiziki yox, psixoloji hazırlıqla bağlı idi. Daha sonra Avropa çempionu və dünya kubokunun qalibi adını da qazandım. Ümid edirəm ki, builki dünya çempionatında da yüksək nəticə göstərə bilərəm”.

 

Yarış trasında məşq yürüşləri keçirən ulduz elçinin sözlərinə görə, hazırda BMX treki 2015-ci illə müqayisədə xeyli fərqlənir və yenidənqurmadan sonra texniki cəhətdən daha maraqlıdır. Paytaxtımızın gözəlliyindən və milli mətbəximizin ləzizliyindən heyranlığını bildirən idmançı deyib: “Bakı həqiqətən çox gözəldir. Xörəklərinizə isə söz ola bilməz. Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən gələni etməyə çalışacağam. Öz şanslarıma gəlincə, düşünürəm ki, rəqabət kifayət qədər ciddi olacaq. Təkcə Hollandiya yığma komandasının heyətində kifayət qədər səviyyəli idmançı var”.

 

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “Red Bull” şirkətinin dəvəti ilə Bakıda olan Tvan van Gendt sınaq yürüşlərindən başqa bir neçə tanıtım videoçarxının çəkilişlərində iştirak edəcək. İdmançı yeniyetmə və gənc velosipedçilər üçün seminar da keçirəcək.




  Yayım tarixi :13 Mart 2018   15:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .