XƏBƏR
14:20

  Türkiyə Silahlı Qüvvələri Afrin şəhər mərkəzini mühasirəyə alıb

Gündəm

Xəbər lenti
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
19 Sentyabr 12:23Sabah Aşuradır

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş qərargahı Suriyanın Afrin şəhər mərkəzinin mühasirəyə alındığı və strateji əhəmiyyətli rayonların Türkiyə ordusunun nəzarətinə keçdiyi barədə məlumat yayıb.

Agyol.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda TSQ şəhər mərkəzində əməliyyat keçirməyə hazırlaşır. Şəhəri tərk etmək istəyən dinc əhali üçün cənubda təhlükəsiz dəhliz yaradılıb.

Məlumatda, həmçinin əməliyyatın başladığı vaxtdan indiyədək 3393 YPG/PKK üzvünün zərərsizləşdirildiyi bildirilir.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın Afrin əyalətində yerləşən terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına yanvarın 20-də start verib. Bu əməliyyatlarda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edirlər.




  Yayım tarixi :13 Mart 2018   14:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .