XƏBƏR
19:03

  Kuba və Əfqanıstan rəhbərləri Prezident İlham Əliyevə başsağlığı verib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı
Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Agyol.az xəbər verir ki, başsağlığında deyilir: "Cənab Prezident. Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümünə səbəb olan yanğın barədə xəbər məni dərindən kədərləndirib.

Mən Sizə və yanğın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Eyni zamanda Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Bakıda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yanğın hadisəsi barədə xəbər məndə dərin təəssüf və kədər hissi doğurdu.

Zati-aliləri, bu ağrılı hadisə ilə bağlı əfqan xalqı adından Sizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu faciəvi hadisədə əzizlərini itirmiş ailələrin yanında olduğumu və onların kədərini bölüşdüyümü bildirirəm.

Xəsarət alanların tezliklə sağalmalarını diləməklə yanaşı, Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".




  Yayım tarixi :12 Mart 2018   19:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .