XƏBƏR
18:06

  Səfir: Hindistan şirkətləri Azərbaycanın əczaçılıq sahəsinə investisiya qoymaq istəyir

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Hindistan şirkətləri əczaçılıq sahəsində Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Agyol.az ın məlumatına görə, bunu mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir vurğulayıb ki, Hindistan öz əczaçılıq sənayesi ilə məşhurdur:

“Hindistan şirkətləri əczaçılıq sahəsində, əsasən də Pirallahı Sənaye Parkında birgə müəssisələrin yaradılmasında maraqlıdır”.

S.Rana əlavə edib ki, hazırda Hindistanın “SunPharma” və Azərbaycanın “Gilan Holding” şirkətləri arasında Azərbaycanda bu cür müəssisənin yaradılması üçün danışıqlar aparılır.




  Yayım tarixi :12 Mart 2018   18:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .