XƏBƏR
13:59

  Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.

 

Nepalın Tribhuvan beynəlxalq aeroportunda Banqladeşin “US-Bangla Airlines” kompaniyasına məxsus təyyarənin qəzaya uğradığı ərazidə ən azı 38 nəfərin cəsədi aşkarlanıb.

 

Agyol.az xəbər verir ki, bu barədə Associated press informasiya agentliyi məlumat yayıb.

 

Xatırladaq ki, Dəkkə - Katmandu reysini həyata keçirən “Bombardier Q400” təyyarəsi eniş zamanı uçuş-eniş zolağından kənara çıxaraq yaxınlıqda yerləşən futbol meydançasına çırpılıb və yanıb. “The Kathmandu Post” qəzetinin məlumatına əsasən, hadisə zamanı təyyarənin göyərtəsində 67 sərnişin və 4 ekipaj üzvü olub. Hazırda qəza yerində xilasedicilər və yanğınsöndürənlər işləyirlər.

 

Aeroport administrasiyası qəzaya təyyarədə yaranan texniki nasazlıqların səbəb olduğunu ehtimal edir.




  Yayım tarixi :12 Mart 2018   13:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .