XƏBƏR
13:32

  Georgi Tsereteli Fəxri xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Gündəm

Xəbər lenti
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
19 Sentyabr 12:23Sabah Aşuradır

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

 

Agyol.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

Sonra Şəhidlər xiyabanına gedən qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ATƏT Parlament Assambleyasının sədrinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.




  Yayım tarixi :12 Mart 2018   13:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .