XƏBƏR
11:48

  8000-dən çox uşaq I sinfə qəbul edilib

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Sumqayıt, Gəncə şəhərləri və Abşeronda rayonunda məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun məlumatına əsasən Agyol.az bildirir ki, bu, həmin şəhərlər və rayon üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.

 

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim də avtomatik seçilib.

 

Qeyd edək ki, bu gündən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird  qəbuluna start verilib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı 12 martdan 15 sentyabradək davam edəcək.




  Yayım tarixi :12 Mart 2018   11:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .