XƏBƏR
11:13

  Bu gün AŞPA-nın büro və komitə iclasları keçiriləcək

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Bu gün Parisdə Avropa Şurası Parlament (AŞPA) Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları başlayır.

 

Agyol.az-ın  məlumatına görə, iclaslar 16-dək davam edəcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

 

Tədbirlərdə terrordan əziyyət çəkənlərin qorunması, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri, Ukraynaya, Türkiyəyə və Ermənistana fakt araşdırıcı missiyaların səfərlərinin yekunları, Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi, cari ilin aprel sessiyasının gündəliyi, 2018-ci ilin sentyabrında Ankarada keçiriləcək Parlament Sədrlərinin Avropa Konfransı və digər mövzularda müzakirələr aparılacaq.

 

S.Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcək.




  Yayım tarixi :12 Mart 2018   11:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .