XƏBƏR
11:12

  Prezidentliyə namizədliyin qeydə alınma vaxtı bu gün başa çatır

Gündəm

Xəbər lenti

Bu gündən aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.

 

Agyol.az-ın  məlumatına görə, Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

 

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.




  Yayım tarixi :12 Mart 2018   11:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .