XƏBƏR
16:18

  Rusiyalı siyasi analitik: Azərbaycanda seçkiöncəsi ictimai-siyasi sabitlik mövcuddur

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
Agyol.az ,Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrə nəzər salsaq, görərik ki, əksər ölkələrədə məhz seçkiqabağı dövr qalmaqallarla, gizli intriqalarla müşaiyət olunur. Kənar qüvvələrin təsiri özünü açıq şəkildə göstərir. Azərbaycanda isə seçkiöncəsi ictimai-siyasi sabitlik mövcuddur. Bu sözləri  Rusiya İnnovasiya İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov Azərbaycanda seçkiöncəsi vəziyyətlə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, bəzi kənar qüvvələrin qısqanclıqlarına baxmayaraq, Azərbaycan müstəqil siyasət nümunəsi sərgiləyir.

“Rəsmi Bakı heç vaxt hər hansı böyük dövlətin təsiri altına düşmür, kimlərinsə ona diktə etməsinə imkan vermir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətində olduğunu dəfələrlə nümayiş etdirib. Bu, eyni zamanda, ölkəni beynəlxalq layihələr üçün perspektivli tərəfdaşa çevirir. İndiki vəziyyətdə müstəqil xarici siyasət, iqtisadi inkişaf daxili siyasi sabitliyin təminatıdır. Bu mənada Azərbaycan seçkilərlə bağlı da kənardan mümkün təsirlərin qarşısını almaq gücündədir", - deyə rusiyalı analitik bildirib.




  Yayım tarixi :11 Mart 2018   16:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .