XƏBƏR
17:14

  Bakı Şəhər Baş Polis İdarəsi: Müxalifətin mitinqinə 1500 nəfər gəlib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.


Agyol.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.




  Yayım tarixi :10 Mart 2018   17:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .