XƏBƏR
14:55

  Prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb.

Agyol.az ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.

M.Pənahov bildirib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçinin düşməsi deməkdir.

MSK sədri əlavə edib ki, indiyə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.




  Yayım tarixi :10 Mart 2018   14:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .