XƏBƏR
14:52

  Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 41 seçki məntəqəsi yaradılacaq

Gündəm

Xəbər lenti

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar ölkədən kənarda 41 seçki məntəqəsi yaradılacaq.

Agyol.az ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

MSK-nın iclasında ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədi ilə 16 saylı Yasamal İkinci və 17 saylı Yasamal Üçüncü Seçki dairələri müəyyən edilib. Ölkə hüdudlarından kənarda yaradılan seçki məntəqələrində 13 min 820 nəfər səs verəcək.




  Yayım tarixi :10 Mart 2018   14:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .