XƏBƏR
14:21

  Yaz fəsli ölkəmizə martın 20-si qədəm qoyacaq

Gündəm

Xəbər lenti

Yaz fəsli Azərbaycana martın 20-si saat 20:15:30-da gələcək.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən Agyol.az xəbər veirir.

Baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir. Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir.




  Yayım tarixi :10 Mart 2018   14:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .