XƏBƏR
13:54

  Əli Həsənov: Ölkədən qaçan şəxsləri xaricdə Azərbaycana qarşı təlimatlandırırlar

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

“Bəzi şəxslər ölkədən qaçaraq Azərbaycanın simvollarını təhqir edirlər. Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar”.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında şıxışı zaman qeyd edib.

Ə.Həsənov bildirib ki, Azərbaycan mətbuatı bu cür insanlara qarşı mübarizə aparmalıdır: “Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. Həmin insanlar “Facebook”un imkanlarından istifadə edərək çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.

Ə.Həsənov qeyd edib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: “Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.

PA rəsmisi vurğulayıb ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının adları bundan sonra da mənzil alan şəxslərin siyahısına daxil edilməyəcək.

Əli Həsənov: Maliyyə mənbəyi məlum olmayan, hamıdan yaxşı yaşayan partiya nümayəndələrinin tənqid etməyə, ittiham etməyə haqları yoxdur


Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələri Azərbaycanda uğurla davam etdirilir, uğurla inkişaf etdirilir.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zaman qeyd edib.

Ə.Həsənov vurğulayıb ki, ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev mütəmadi olaraq jurnalistlərə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qayğını davam etdirir, dövlətin bu sahədə olan öhdəliklərini yerinə yetirir:

“Bu gün burada səsvermə keçirildi. Kimin nə deməsindən asılı olmayaraq, kənarda qalanlar və bu gün Azərbaycan mediasının kənara atılmış müəyyən nümayəndələri olacaq ki, onlar bu qurultay, burada seçiləcək yeni heyət və sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq, sadəcə olaraq onlara opponent kimi baxın, onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, çalışın ki, öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə - bu, istər hər hansı dövlət olsun, istər sizə opponentlik etmək istəyən həmkarlarınız olsun, istərsə də xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun - məruz qalmayın”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb:

“Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademiklərinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistlərin və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunu nəyi pisdir? Buna opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün və anti-Azərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri məqsədləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal bir hal hesab olunsun? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma maliyyə mənbəyi bu gün heç kimə bəlli olmayan, sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayan, hamıdan yaxşı təmin olunan, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürən partiyaların nümayəndələrinin sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız”.




  Yayım tarixi :10 Mart 2018   13:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .