XƏBƏR
11:52

  "Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı 3195 oldu

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3195-ə çatıb.

Agyol.az  xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Son məlumata görə, əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.




  Yayım tarixi :10 Mart 2018   11:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .