XƏBƏR
10:54

  Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu gün 58 yaşı tamam olur

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası
Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olub.

Tarix elmləri doktoru, professor Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb.
1992-ci ilin mayından 1993-cü ilin dekabrınadək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-cü ilin fevralından 1995-ci ilin sentyabrınadək
Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-ci ilin sentyabrından 1996-cı ilin iyul ayınadək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini, 1996-cı ilin iyulundan 2005-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.
1-ci dərəcə dövlət müşaviri olan Əli Həsənov 19 iyul 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiridir. Prezident İlham Əliyevin sərəncamı ilə 23 fevral 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib




  Yayım tarixi :10 Mart 2018   10:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .