XƏBƏR
10:23

  1800 il yaşı olan tikilinin qalıqları tapılıb

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
Çində 2022-ci ildə təşkil olunacaq Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanda inşaat işləri aparılarkən 1800 il yaşı olan tikilinin qalıqları tapılıb. 
Agyol.az xəbər verir ki, paytaxt Pekin ilə yanaşı, Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Xebey vilayətinin Canciakou şəhərindəki Olimpiya kəndində arxeoloqlar Cin sülaləsinin (1115-1234-cü illər) hakimiyyəti dövrünə aid sarayın qalıqlarını aşkar ediblər. Olimpiya kəndinin inşası çərçivəsində Xebey vilayətinin Mədəni İrs İnstitutunun mütəxəssisləri 7 ay əvvəl həmin ərazidə arxeoloji qazıntılara başlayıblar. İnstitutun baş elmi işçisi Xuan Sin deyib ki, tapılan tikilinin Cin sülaləsi imperatorlarının yay sarayı olduğu güman edilir. Dördbucaq formada olan sarayın ərazisindən imperator möhürü olan kərpiclər və saxsı qablar, digər əşyalar tapılıb.




  Yayım tarixi :10 Mart 2018   10:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .