XƏBƏR
12:06

  Ərdoğan suriyalı qaçqınları Afrinə qaytarır - Sayı özü açıqladı

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Suriyanın Afrin bölgəsinin azad olunmasından sonra bu əraziyə 200 min suriyalı qaçqın qayıdacaq.

Agyol.az ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini terrorçulardan mütləq azad edəcəklər:

"Hazırda Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsində 800 kv.km əraziyə nəzarət edirlər".

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Türkiyənin sayı 3 milyon nəfəri ötən suriyalı qaçqınları öz vətənlərinə qaytaracağını bildirmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.




  Yayım tarixi :09 Mart 2018   12:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .