XƏBƏR
11:18

  Türkiyə Ordusu Afrində terrorçulara aman vermir - 3149 ölü

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3149-a çatıb.

Agyol.az xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Təkcə ötən gün Afrində 94 terrorçu məhv edilib.

Əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Türkiyə Ordusu və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 4 kilometrliyindədirlər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.




  Yayım tarixi :09 Mart 2018   11:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .