XƏBƏR
10:05

  Hindistanda güclü yanğın baş verib

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Hindistanın Mumbay şəhərindəki dərman zavodunda baş verən güclü yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcədə yanıq xəsarəti alıb.

 

Agyol.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, yanğın martın 8-də gecə 23:30 radələrində "Boysar" sənaye zonasındakı dərman zavodunda bir neçə qazanın ard-arda partlaması nəticəsində yaranıb. Partlayışın gücü bir neçə kilometr məsafədə hiss edilib. Yaranmış güclü yanğın isə 10-12 kilometr radiusda gözlə aydın görünə biləcək səviyyədə olub. Yanğın ətrafdakı analoji zavodlara da yayılıb.

 

Bildirilir ki, dərhal hadisə yerinə yanğınsöndürən briqadalar və təcili tibbi yardım qüvvələri cəlb olunub.

 

Polisin ilkin rəyinə əsasən, yanğına səbəb dərman istehsalında istifadə oluna tezalışan kimyəvi maddələrin saxlanması qaydalarının pozulması olub. Hazırda yanğının söndürülməsi prosesi davam edir.




  Yayım tarixi :09 Mart 2018   10:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .