XƏBƏR
09:43

  Nazirlər Kabineti 2017-ci ildə istehsalatdakı bədbəxt hadisələr barədə məlumat verib

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Ötən ilin istehsalatla əlaqəli sayılan 151 bədbəxt hadisənin təhqiqatı aparılıb ki, onlardan 11 hadisə qrup halında baş verib.

 

Agyol.az xəbər verir ki, məlumat  Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

 

Hesabatda verilən məlumata görə, baş vermiş hadisələr nəticəsində 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikintidə (24%), emal sənayesində (17,5%), nəqliyyatda (12,5%), mədənçıxarmada (14%), energetikada (5%) və digər sahələrdə (27%) baş verməsi müəyyən edilib.

 

Tikinti sektorunda 36 bədbəxt hadisə baş verib (onlardan qrup halında 1 hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub.




  Yayım tarixi :09 Mart 2018   09:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .