XƏBƏR
10:45

  Türkiyənin müdafiə nazirinin müavini 3 günlük Bakıya gəlir

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turnirində iştiarak etmək üçün Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay da Bakıya səfərə gələcək.

 

Agyol.az xəbər verir ki, bu haqda Türkiyə parlamentindən məlumat verilib. 

 

Bildirilib ki, Şuay Alpay 3 gün Bakıda səfərdə olacaq və Türkiyəni təmsil edəcək komandada oynayacaq. 

 

Qeyd edək ki, Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.

 

Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan  Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.

 

Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.

 

Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək. 




  Yayım tarixi :08 Mart 2018   10:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .