XƏBƏR
10:27

  Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçiriləcək.

Agyol.az xəbər verir ki, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılacaq. "Milan" doğma azarkeşləri önündə "Arsenal"ı qəbul edəcək.

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la rəqib olmuş "Atletiko" da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva "Lokomotiv"i ilə üz-üzə gələcək.

Avropa Liqasında mübarizə aparan 3 Rusiya klubundan yalnız MOİK doğma azarkeşlər önündə oynayacaq. MOİK Fransa "Lion"unu sınağa çəkəcək. Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya"sı Avstryanın "Zalsburq" klubu ilə ilk matçda sərfəli nəticə əldə etməyə çalışacaq. Almaniyanın digər təmsilçisi "Leyptsiq" doğma meydanda Rusiya "Zenit" ilə görüşəcək.

Avropa Liqası

1/8 final, ilk oyunlar

22:00. "Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)

22:00. "Atletiko" (İspaniya) - "Lokomotiv" (Rusiya)

22:00. "Borussiya D." (Almaniya) - "Zalsburq" (Avstriya)

22:00. MOİK (Rusiya) - "Lion" (Fransa)

00:05."Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:05. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)

00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)

00:05. "Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)

 




  Yayım tarixi :08 Mart 2018   10:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .