XƏBƏR
21:19

  Prezident qanunu təsdiqlədi: Bu ölkələrə vizasız səfər etmək olacaq

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür


 Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.



Agyol.az xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanmış Saziş təsdiq edilib.


Bundan başqa, Azərbaycan Prezidenti "Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.


"Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilib.




  Yayım tarixi :07 Mart 2018   21:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .