XƏBƏR
12:40

  FHN əhaliyə müraciət edib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə əməl edilməsi ilə bağlı əhaliyə müraciət edib.

 

Agyol.az ın məlumatına görə, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

 

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

 

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

 

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

 

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

 

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

 

Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur.




  Yayım tarixi :07 Mart 2018   12:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .