XƏBƏR
12:36

  Monitorinq insidentsiz başa çatıb

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq baş tutub.

Füzuli rayonu ərazisində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.




  Yayım tarixi :07 Mart 2018   12:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .