XƏBƏR
10:06

  Bakıda tələbələr üçün 844 yerlik yataqxana kompleksi tikilir

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Nazirlər Kabineti deputatların dövlət universitetlərinin yataqxanaları ilə bağlı təkliflərinə cavab verib.

 

Belə ki, deputatlar Milli Məclisdə hökumət üzvlərindən xahiş ediblər ki, dövlət universitetlərinin yataqxana peoblemi həll olunsun: “Məsələ bir neçə dəfə vurğulanıb, gündəmdədir və ümid edirik ki, yaxın zamanda həllini tapacaq”.

 

Agyol.az-ın məlumatına görə, Nazirlər Kabinetinin  deputatlara cavabında bildirilib ki, Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacı nəzərə alınıb. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 844 yerlik müasir yataqxana kompleksinin tikintisinə başlanılıb. Yataqxana növbəti tədris ilində tələbələrin istifadəsinə  veriləcək.




  Yayım tarixi :07 Mart 2018   10:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .