XƏBƏR
21:09

  Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Gündəm

Xəbər lenti

Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Agyol.az ın Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.




  Yayım tarixi :06 Mart 2018   21:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .