XƏBƏR
13:39

  Səudiyyə Ərəbistanı Misirdə meqa-şəhər inşa edəcək

Gündəm

Xəbər lenti

Səudiyyə Ərəbistanı Misir ərazisində meqa-şəhər inşa edəcək.

 

Agyol.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın şahzadəsi Məhəmməd ibn Salman əl-Səud Misirə səfəri zamanı ölkə başçısı Əbdül Fəttah əs-Sisi ilə görüşdən sonra bəyanat verib.

 

Qeyd olunur ki, şəhər Sinay yarımadasının cənubunda salınacaq. Layihənin həyata keçirilməsinə 10 milyard dollar ayrılacaq.

 

Şahzadənin Misirə səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq haqqında bir sıra ikitərəfli müqavilələr və memorandumlar imzalanıb. İmzalanan sənədlər müxtəlif birgə layihələrin həyata keçirilməsini, o cümlədən iqtisadiyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir. İki ölkə arasındakı investisiya sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində ümumi həcmi 16 milyard dollarlıq müştərək Misir-Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun yaradılması planlaşdırılır.




  Yayım tarixi :06 Mart 2018   13:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .