XƏBƏR
12:26

  Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın BMT-nin daha bir konvensiyasına qoşulması təsdiq edilib.

Agyol.az ın məlumatına görə, iclasda Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan bütün konvensiyalara xüsusi qeyd göstərərək qoşulur:

“Xüsusi qeyddə göstərilir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və Azərbaycan həmin ərazilərdə konvensiyaları icra edə bilmir. Bununla da Azərbaycan bir daha Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırır. Ona görə də Azərbaycanın konvensiyalara xüsusi qeydlə qoşulmasını çox düzgün addım hesab edirəm”.




  Yayım tarixi :06 Mart 2018   12:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .