XƏBƏR
11:56

  "Zeytun budağı"nın STATİSTİKASI - 2872 terrorçu öldürüldü, 143 məntəqə azad edildi

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb.

Agyol.az ın məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 77 üzvü məhv edilib.

Qeyd edək ki, Türkiyə Baş Qərargahının bu gün yaydığı son statistik məlumata görə, əməliyyat çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 143-ə çatıb.

Həmçinin 22 strateji yüksəkliyin də terrorçulardan təmizləndiyi qeyd edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.




  Yayım tarixi :06 Mart 2018   11:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .