XƏBƏR
10:55

  Azərbaycanlı rejissorun kinolayihəsi Kannda

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Kann film festivalının “L’atelier” proqramına seçilən 15 kinolayihənin adı açıqlanıb.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının məlumatına əsasən Agyol.az xəbər verir ki, festivalın tarixində ilk dəfə olaraq bu siyahıda azərbaycanlı rejissor Elvin Adıgözəlin üçüncü uzunmetrajlı filmi olacaq “Yaşar” kinolayihəsi də yer alıb.

 

Qeyd edək ki, “L’atelier” proqramı Kann beynəlxalq kinofestivalının tərkibində 2005-ci ildə bu sahədə yeni nəsil yaradıcı insanların üzə çıxarılması məqsədilə təsis olunub. Proqrama seçilən kinolayihələr Kann film festivalı üçün xüsusi əhəmiyyət daşıyır.

 

“Çəkilməmiş film üçün bu ən yüksək beynəlxalq hədəfdir. Bütün mənalarda Azərbaycan kinosu üçün böyük uğurdur”, - deyə “Yaşar” kinolayihəsinin prodüseri Teymur Hacıyev bildirib.




  Yayım tarixi :06 Mart 2018   10:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .