XƏBƏR
10:16

  Bu gün Milli Məclisdə 24 məsələ müzakirə olunacaq

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Agyol.az ın məlumatına görə, iclasda ilk öncə deputatlar Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edəcək.

Daha sonra Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Yaşayış minimumu haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 24 məsələ daxildir.




  Yayım tarixi :06 Mart 2018   10:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .