XƏBƏR
10:02

  Azərbaycanın ən yaşlı sakininin adı Ginnesin rekordlar kitabına salına bilər

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adının Ginnesin rekordlar kitabına salınması üçün işlər aparmağı planlaşdırır.

Agyol.az xəbər verir ki, bunu özəl olaraq AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

U.Həşimova bildirib ki, hələ keçmiş sovet dönəmindən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb:

“Böyük Vətən müharibəsindən sonra da aparılan tədqiqatlar göstərib ki, hətta ağır aclıq, müharibə illərinə baxmayaraq, Kiçik Qafqazda, Talış dağlarında yaşı 100-ü ötmüş bir çox uzunömürlülər olub. Lerik sakinləri olan Şirəli Müslümov, Mahmud Eyvazovun adları demək olar ki, dünyada məşhur idi”.

U.Həşimova Azərbaycanın ən yaşlı sakinlərinin adlarının indiyədək Ginnesin rekordlar kitabına salınmamasının səbəbini də açıqlayıb:

“Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar təəssüf ki, heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların bu kitaba daxil edilməsi mümkün olmayıb. Ginnesin rekordlar kitabına yalnız yaşınn verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Biz bu istiqamətdə işlər aparmağı planlaşdırırıq. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən müxtəlif saytların və TV-lərin sənədə istinadən yaydıqları ən yaşlı insan haqqında məlumatın real əsası olmur”.

Dünyanın ən yaşlı sakininin hazırda 116 yaşlı Yaponiya sakini olduğunu deyən U.Həşimova bildirib ki, institut tərəfindən cənub rayonlarında aparılmış tədqiqatların nəticələrinə əsasən, son 3 ildə Azərbaycanın ən yaşlı uzunömürlü (yəni, yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.

Lakin o, hesab edir ki, Azərbaycanda bundan da yaşlı insanlar ola bilər. Ona görə də institut yeni rayonlarda tədqiqatlar aparmağı planlaşdırır.




  Yayım tarixi :06 Mart 2018   10:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .