XƏBƏR
09:48

  Bu gün Azərbaycanda Od çərşənbəsidir

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Bu gün Azərbaycanda Od çərşənbəsidir.


Məlumata görə, Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.

Agyol.az xəbər verir ki, novruz bayramı öncəsi qeyd edilən dörd çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha da özəlliyi var.

Od, tonqal istilik anlayışını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsində qazanlar qaynamalı, evlərdə ocağın üstü boş qalmamalıdır.

Tədqiqatçılar Od çərşənbəsini atəşpərəstlik dini ilə də bağlayırlar.

Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.

Od çərşənbəsində evdə müxtəlif xörəklər bişirilməli və süfrədə bütün çərşənbələrdə olduğu kimi, şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, bolluq, bərəkətin olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur.





  Yayım tarixi :06 Mart 2018   09:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .