XƏBƏR
09:38

  Azərbaycanda ilk uşaq müziklının premyerası olacaq

Gündəm

Xəbər lenti

Heydər Əliyev Sarayında “Ələddin” adlı ilk uşaq müziklının premyerası olacaq.

 

Agyol.az xəbər verir ki, aprelin 15-də təqdim ediləcək müziklın quruluşçu-rejissoru Əməkdar Artist İnarə Babayevadır. Səhnə əsərində populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Hüseyn Abdullayev, Emiliya Yaqubova, Əməkdar Artist Ələkbər Əliyev və digər tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.

 

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.




  Yayım tarixi :06 Mart 2018   09:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .