XƏBƏR
22:05

  Azərbaycan - Ukrayna Hökumət Komissiyasının tərkibi dəyişib

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının tərkibi dəyişib. 

Agyol.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün bununla bağlı “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb. 

Dəyişikliyə əsasən Komissiyanın sədri artıq baş nazirin müavini Yaqub Eyyubov yox, energetika naziri olacaq. Nazirlər Kabineti aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi) Komissiya üzvlüyündən çıxarılıb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini isə Komissiyaya üzv olacaq. 

 




  Yayım tarixi :05 Mart 2018   22:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .