XƏBƏR
20:16

  Gələn ay Bakının EXPO 2025-ə hazırlığı yoxlanılacaq

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası 17-19 apreldə Azərbaycana səfər edəcək.


Agyol.az xəbər verir ki, məlumatda qeyd edilib: "Aprelin 17-19-da araşdırma missiyası ölkənin paytaxtı Bakının Ekspo 2025 Ümumdünya sərgisi üçün namizədliyinə müraciətin qiymətləndirilməsi üçün Azərbaycana səfər edəcək. Missiyanın səfər proqramı hazırda dəqiqləşdirilir".

Azərbaycan 10 May -10 noyabr tarixlərində Bakı EXPO 2025 sərgisini təşkil etməyi təklif edib. Sərginin təklif olunan mövzusu "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması"dır.

Qeyd edək ki, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) da Expo 2025 üçün müraciət edib.

Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası Yaponiyaya martın 6-8-də, Rusiyaya isə aprelin 2-4-də səfər edəcək.




  Yayım tarixi :05 Mart 2018   20:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .