XƏBƏR
17:37

  Bakıda keçirilən futtennis üzrə beynəlxalq turnirə yekun vurulub

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə Bakıda futtenis üzrə beynəlxalq turnir keçirilib.

 

Agyol.az xəbər verir ki, turnirdə Azərbaycan, Somali, Rusiya, İran, və Ukrayna komandaları iştirak ediblər.

 

“Marafon” idman klubunda dairəvi sistem üzrə keçirilən yarışda inamlı təsir bağışlayan “Azərbaycan-1” komandası ilk görüşdə İrana 2:1 hesabı ilə qalib gəlib. Gözəl çıxışı ilə hər kəsin diqqətini cəlb edən Ukrayna millisi isə ilk matçda Somaliyə heç bir şans verməyib – 2:0. İlk turda “Azərbaycan-2” yığması da qələbə qazanıb. İdmançılarımız Rusiyadan üstün olublar - 2:0.

 

Beynəlxalq futtennis turnirinin qalibi adı uğrunda iki komanda – “Azərbaycan-1” və Ukrayna üz-üzə gəlib. Finaladək bütün oyunlarda qalib gələn Rəvan Abdullayev, Amid Nəzərov və Fəyar Hüseynovdan ibarət “Azərbaycan-1” yığmasının triosu ukraynalılarla mübarizədən məğlub ayrılıb – 0:2.

 

Beləliklə, yarışın favoriti hesab edilən Ukrayna yığması bu statusunu doğruldaraq Bakıdakı ilk futtennis üzrə beynəlxalq turnirin qızıl medallarını qazanıblar.

 

Qaliblərə Azərbaycan Futnet Federasiyası tərəfindən kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib. Futtennisçilərin mübarizəsində 2-ci və 3-cü olan, “Azərbaycan-1” və İran yığmalarının üzvlərinə də mükafatlar verilib.




  Yayım tarixi :05 Mart 2018   17:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .