XƏBƏR
15:39

  Müslüm Maqomayevin xatirəsi yad edilib

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Rusiyanın “Твц” kanalında SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Hər şeyə görə sənə minnətdaram” adlı film nümayiş olunub.

 

Agyol.az xəbər verir ki, filmdə müğənninin həyat və yaradıcılığına ətraflı yer verilib. Filmin çəkilişləri Bakının müxtəlif yerlərində baş tutub. Çəkilişlər zamanı dahi sənətkarın adını daşıyan sərnişin gəmisindən də istifadə olunub.

 

Qeyd edək ki, “Müslüm Maqomayev” gəmisinin istismara verilməsi mərasimi Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü ilin dekabrın 18-də baş tutub. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli sənətkarın müxtəlif fotoları yer alıb.




  Yayım tarixi :05 Mart 2018   15:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .